Bank Of Baku

Kişinyovda hakimiyyətin istefası tələbi ilə aksiya keçirilib

Kişinyovda hakimiyyətin istefası tələbi ilə aksiya keçirilib
# 15 oktyabr 2022 21:49 (UTC +04:00)

Moldovanın paytaxtı Kişinyovun mərkəzində növbəti etiraz aksiyası keçirilib.

APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aksiyada müxalif “Şor” partiyasının tərəfdarları Moldova rəhbərliyinin istefasını tələb ediblər.

Yüzə yaxın etirazçı ölkə parlamentinin binası qarşısındakı parkda çadır qurub.

Nümayişçilər qazın, digər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artımına qarşı etiraz edib.

Etirazçılar həmçinin həyat səviyyəsinin aşağı düşməsindən, yüksək inflyasiyadan və hakimiyyətin ölkədəki böhranın öhdəsindən gələ bilməməsindən şikayət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR