Bank Of Baku

KİV: Ararat Mirzoyanın döyülməsi ilə bağlı iş məhkəməyə göndərilib

Ararat Mirzoyan

© APA | Ararat Mirzoyan

# 20 aprel 2023 09:59 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi ilə bağlı iş məhkəməyə göndərilib.

APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.

Nəşrin sözlərinə görə, ölkənin Milli Təhlükəsizlik Xidməti iş üzrə təqsirləndirilənlərdən biri Ara Badoyanla bağlı araşdırmanı başa çatdırıb.

Badoyana qarşı irəli sürülən iddialara görə, 2020-ci il noyabrın 10-na keçən gecə baş vermiş iğtişaşlar zamanı Badoyan yerə yıxılmış Ararat Mirzoyana (red. – həmin vaxt Mirzoyan parlamentin spikeri olub) yaxınlaşaraq onu təpiklə vurub.

Həmçinin əlavə olunub ki, Badoyan iddiaları təkzib edir və təqsirli olduğunu boynuna almır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR