Bank Of Baku

KİV: Belarusda müşahidə təyyarəsinin partladılmasına görə saxlanılan var

KİV: Belarusda müşahidə təyyarəsinin partladılmasına görə saxlanılan var
# 07 mart 2023 15:31 (UTC +04:00)

Belarus Minsk hava limanı yaxınlığında Rusiyaya məxsus Beriev A-50 müşahidə təyyarəsinə hücumla əlaqədar bir nəfərin saxlanıldığını açıqlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, məlumatı Belta xəbər agentliyi, Prezident Aleksander Lukaşenkoya istinadən yayıb.

Saxlanılan şəxsin Ukrayna-Rusiya ikili vətəndaşlığına malik olduğu, Ukrayna və ABŞ kəşfiyyatı ilə əməkdaşlıq etdiyi bildirilib.

“Ukraynanın təhlükəsizlik xidməti, MKİ rəhbərliyi qapalı qapılar arxasında Belarus Respublikasına qarşı əməliyyat həyata keçirirlər”, - deyə Belta agentliyi Lukaşenkoya istinadən məlumat paylaşıb.

Qeyd edək ki, Belaurusun hökumət əleyhdarı aktivistləri ötən ay dron hücumu ilə Minsk yaxınlığındakı aviabazada olan Rusiyaya məxsus Beriev A-50 müşahidə təyyarəsinin partladıldığını açıqlayıb.

Lukaşenko müşahidə təyyarəsinə dəyən zərərin səthi olduğunu və hücumun kiçik dron vasitəsilə həyata keçirildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR