Ermənistanın həbsdə olan sabiq müdafiə naziri David Tonoyan avqustun 1-də 44 günlük müharibə ilə bağlı komissiyanın iclasında iştirak edə bilər.
APA xəbər verir ki, Komissiyanın rəhbəri Andranik Köçəryan “Hraparak” qəzetinə bildirib ki, məhkəmə Tonoyanın müvafiq tələbini təmin edərsə, bu baş verəcək.
Tonoyan hansı formatda çıxış edəcəyini özü seçə biləcək – ya bağlı qapı arxasında, ya da Baş nazir Nikol Paşinyan kimi canlı yayımda çıxış edəcək.