Bank Of Baku

KİV: Erməni iş adamları hökumətin anti-Rusiya addımlarından narahatdır

KİV: Erməni iş adamları hökumətin anti-Rusiya addımlarından narahatdır
# 05 aprel 2024 10:55 (UTC +04:00)

“Hökumətin Rusiya əleyhinə atdığı addımlar Ermənistanda ciddi narahatlıq doğurub”.

APA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, baş verənlər hətta hökumətə yaxınlığı ilə seçilən iş adamlarını da ciddi şəkildə düşündürməyə başlayıb. Belə ki, Kremlə sadiq dairələr onlara tezliklə növbəti məhdudiyyətlərin elan ediləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edilib ki, qadağalar xüsusilə də Baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən nəhəng oliqarxlara ciddi təsir göstərəcək.

Məhdudiyyətlərin siyahısı açıqlanmasa da, ehtimal edilir ki, Rusiyadan idxal ediləcək məhsullar əlavə vergiyə və digər inzibati tədbirlərə cəlb olunacaq:

“Hazırda Rusya hökuməti Ermənistanın iştirak edəcəyi Brüssel görüşünün yekunlarını gözləyir. Belə ki, atılacaq sonrakı addımlar məhz bu görüşdən sonra bəlli olacaq”.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR