Bank Of Baku

KİV: Ermənistan əhalisinin sayı azalmaqda davam edir

KİV: Ermənistan əhalisinin sayı azalmaqda davam edir
# 09 fevral 2022 09:39 (UTC +04:00)

Ermənistanda yaşayan əhalinin sayı azalmaqda davam edir.

APA Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, ölkənin Statistika Komitəsinin məlumatına görə, 2022-ci il yanvar ayının 1-i üçün ölkədə daimi yaşayan sakinlərin sayı 2 milyon 961 min nəfər təşkil edib.

“2021-ci ilin analoji dövründə isə bu göstərici 2 milyon 963,3 min nəfər təşkil edirdi. Beləliklə, 1 il ərzində ölkədə daimi yaşayan sakinlərin sayı 2,3 min nəfər azalıb”, - qəzet yazır.

Nəşr ölkədə əhalinin sayında azalmanın davamlı tendensiya halına gəldiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR