Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası prosesini dondura bilər.
APA xəbər verir ki, bu barədə yerli “Qraparak” qəzeti yazıb.
Nəşr öz mənbələrinə istinadən bildirib ki, hələ indiyə qədər Ermənistan rəhbərliyi rəsmi Moskvanı Roma Statutunun ratifikasiyasının Rusiya hökumətinə və Prezident Vladimir Putinə qarşı yönəlmədiyinə inandıra bilməyib.
Xatırladaq ki, bu ilin 23 fevral tarixində Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunun ölkə konstitusiyasına uyğun olması və hökumət tərəfindən Stratutun ratifikasiyası prosesini davam etdirilə biləcəyi barədə qərar qəbul edib.
Konstitusiya Məhkəməsinin qərarından sonra hökumətin əsasnaməni parlamentə göndərmək üçün 3 ay vaxtı var idi, lakin parlament hələ də ratifikasiya layihəsini almayıb.