Bank Of Baku

KİV: Jirinovskinin ağciyərlərinin 75%-i zədələnib - YENİLƏNİB

Vladimir Jirinovski

© APA | Vladimir Jirinovski

# 09 fevral 2022 17:19 (UTC +04:00)

Vladimir Jirinovski COVID-19-a yoluxub, ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb və xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə RBK “Mash” Telegram kanalına istinadən məlumat yayıb.

Kanalın xəbərinə görə, siyasətçinin ağciyərlərinin 50-75%-i zədələnib.

***

saat 14:53

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxan 76 yaşlı siyasətçi Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

Jirinovskinin sağlamlıq durumu barədə hələlik açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR