Bank Of Baku

KİV: Lavrovun müavini Suriyada Bəşər Əsədlə danışıqlar aparacaq

KİV: Lavrovun müavini Suriyada Bəşər Əsədlə danışıqlar aparacaq
# 26 iyun 2023 12:33 (UTC +04:00)

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Suriyada Bəşər Əsədlə danışıqlar aparacaq.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” Suriya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Verşinin bu gün Dəməşqə səfəri çərçivəsində Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar aparacaq.

Qeyd edək ki, bu görüşdən öncə Rusiya, Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri arasında Astanada danışıqlar sonra baş tutub.

Xatırladaq ki, 20 iyunda Qazaxıstanda Suriya üzrə 20-ci Astana danışıqları olub.

Suriyadakı münaqişənin həlli üçün qarant ölkələr olan Türkiyə, Rusiya və İran nümayəndə heyətləri müzakirələr aparmaq üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib. Danışıqlarda Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçaparın, Rusiyanı xarici işlər nazirinin müavini Mixail Boqdanovun, İranı isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR