Moskva Bakı və İrəvanla Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını müzakirə etmir.
APA xəbər verir ki, bu barədə RİA Novosti öz diplomatik mənbələrinə istinadən bildirib.
Xatırladaq ki, bu gün TASS Rusiyanın İrəvanla sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını müzakirə edəcəyini bildirmişdi.