Bank Of Baku

KİV: Moskvada “DXR” və “LXR” səfirlikləri açılacaq

KİV: Moskvada “DXR” və “LXR” səfirlikləri açılacaq
# 26 aprel 2022 08:16 (UTC +04:00)

Moskvada yaxın vaxtlarda “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” səfirlikləri açılacaq.

APA xəbər verir ki, bu barədə diplomatik mənbə “RİA Novosti”yə məlumat verib.

Məlumata görə, proses bir-iki ay ərzində baş tuta bilər.

“Çalışacağıq ki, yaxın vaxtlarda bunu edək, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Biz konkret işlə məşğuluq”, - deyə mənbə bildirib.

Qeyd edək ki, fevralın 22-dən etibarən Rusiya “Luqansk və Donetsk Xalq Respublikaları”nın müstəqilliyini tanıdıqdan sonra onlarla diplomatik əlaqələr qurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR