Bank Of Baku

KİV: Ohanyan və Onik Qasparyan “Şuşa işi” üzrə məsuliyyətə cəlb oluna bilər

Mikayel Arzumanyan

© APA | Mikayel Arzumanyan

# 04 noyabr 2022 12:09 (UTC +04:00)

Qondarma “DQR”in keçmiş “müdafiə naziri” Mikayel Arzumanyan barəsində başladılan cinayət işində ciddi dəyişikliklər gözlənilir.

APA xəbər verir ki, bunu Ermənistanın “İravunk” qəzeti öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, cinayət işində şübhəli bilinənlərin sayı artacaq.

“Cinayət işində Ermənistanın keçmiş müdafiə naziri, müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın da adının hallanacağı istisna deyil. Arzumanyan öz keçmiş həmkarlarından heç kimə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyana da rəhm etməmək qərarına gəlib” - nəşr vurğulayıb.

Xatırladaq ki, Mikayel Arzumanyan 44 günlük müharibənin son günlərində qondarma rejimin müdafiə ordusuna rəhbərlik edib. O, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən İrəvana gedərkən yolda saxlanılıb. Onun barəsində vəzifə öhdəliklərinə qarşı məsuliyyətsiz yanaşma ittihamı (Arzumanyan guya Şuşanı Azərbaycana təslim edib) irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR