Bank Of Baku

KİV: Paşinyan hakim partiya üzvü olmayan məmurları vəzifədən uzaqlaşdırmağı tapşırıb

KİV: Paşinyan hakim partiya üzvü olmayan məmurları vəzifədən uzaqlaşdırmağı tapşırıb
# 15 dekabr 2023 10:47 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” üzvü olmayan bütün məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.

APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri hakimiyyətə yaxın mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasına üzv olmayan, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam edən bütün məmurları mümkün qədər tez vəzifədən uzaqlaşdırmağı qərara alıb.

Həmçinin əlavə olunub ki, Ermənistan hökumətinin rəhbərinin fikrincə, partiya üzvü olmayanlar onun sadiq tərəfdaşları ola bilməzlər, ona görə də onlara ölkənin idarəetmə sistemində yer yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR