Bank Of Baku

KİV: Paşinyan partiyasının iclasında Rusiyaya son səfərini müzakirə edib

KİV: Paşinyan partiyasının iclasında Rusiyaya son səfərini müzakirə edib
# 28 dekabr 2023 10:55 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının növbəti iclasını keçirib.

APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.

Ermənistan hökumətinin başçısı iclasda partiya nümayəndələri ilə Rusiyaya son səfərini müzakirə edib.

Nəşrin yazdığına əsasən, Paşinyan Sankt-Peterburqa səfərini ümumilikdə müsbət qiymətləndirib.

İclas iştirakçıları Paşinyanla partiya məsələləri ilə bağlı müzakirələr aparıb, ilin yekunlarına nəzər salıblar və növbəti ildə qarşıda duran vəzifələri müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR