Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu RF Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putinin Türkiyə səfəri fevral ayında həyata keçiriləcək.
Uşakov qeyd edib ki, Ukrayna nizamlanması Vladimir Putin-Rəcəb Tayyip Ərdoğan danışıqlarında əsas mövzulardan biri olacaq.
***
10:15
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş tuta bilər, lakin vəziyyət Türkiyə və Rusiya liderlərinin qrafikindən asılı olacaq.
APA xəbər verir ki, bu barədə RİA “Novosti”yə Ankaradakı diplomatik mənbədən bildirib.
Putin bundan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlasa da, bundan əvvəl Türkiyə Prezidentinin qrafikinə görə liderlər görüşə bilməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Kreml iki liderin görüşünün vaxtını dərhal açıqlayacaq.