Moldovanın Moskvadakı səfirliyinin birinci katibi Valeriu Manya Rusiya tərəfi tərəfindən "arzuolunmaz şəxs" elan edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Moldova diplomatik mənbəsi məlumat verib.
“Valeriu Manya Rusiya Federasiyasında "arzuolunmaz şəxs" elan edilib”, - deyə mənbə bildirib.