Bank Of Baku

KİV: Rusiya rəsmiləri girovların azad edilməsi üzrə razılaşmanı müzakirə etmək üçün İsrailə gedib

KİV: Rusiya rəsmiləri girovların azad edilməsi üzrə razılaşmanı müzakirə etmək üçün İsrailə gedib
# 24 oktyabr 2024 19:43 (UTC +04:00)

Rusiyanın yüksək rütbəli nümayəndə heyəti İsrail tərəfi ilə HAMAS-la Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair sazişin bağlanması perspektivlərini müzakirə etmək üçün Tel-Əvivə gedib.

APA xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Bununla yanaşı, Rusiya tərəfindən nümayəndə heyətinə kimlərin daxil olduğu açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin Yaxın Şərq və Afrika regionu üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun Moskvada HAMAS-ın Siyasi Bürosunun rəhbərinin müavini Musa Abu Marzuk ilə Qəzzadakı vəziyyəti müzakirə etdiyini açıqlayıb. Rusiya tərəfinin əsas diqqəti aralarında bu ölkənin də vətəndaşlarının olduğu girovların azadlığa buraxılmasına yönəltdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR