Almaniya Xarici İşlər Nazirliyi Rusiya diplomatlarının Almaniyadan çıxarılması qərarının ölkədə “xüsusi xidmət orqanlarının mövcudluğunun” azaldılması üçün verildiyini bildirib.
APA-nın xəbərinə görə, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, rusiyalı diplomatların ölkədən çıxarılmasının məqsədi ölkədə “kəşfiyyatın mövcudluğunu” azaltmaqdır.
“Rusiya səfirliyinin əməkdaşlarının bugünkü gedişi də məhz bununla bağlıdır”, - telekanal nazirlik nümayəndəsinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, aprelin 22-də Berlin 20-dən çox rus diplomatı ölkədən çıxarıb. Moskva buna cavab olaraq 34 alman diplomatını ölkədən çıxarır.