Bank Of Baku

KİV: Rusiyaya qarşı yeni sanksiyalar paketində bəzi malların tranzitinə qadağa yer ala bilər

KİV: Rusiyaya qarşı yeni sanksiyalar paketində bəzi malların tranzitinə qadağa yer ala bilər
# 22 aprel 2023 20:26 (UTC +04:00)

Avropa İttifaqının Rusiyaya qarşı yeni, 11-ci sanksiyaları paketində bir sıra malların tranzitinə qadağa da yer ala bilər.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat verib.

Agentliyin məlumatına görə, məhdudiyyətlər ilk növbədə Rusiyanın Ukrayna münaqişəsində istifadə edə biləcəyi yüksək texnologiyalı mallara və müəyyən növ nəqliyyat vasitələrinə şamil ediləcək.

Paketə həmçinin 30 hüquqi və fiziki şəxsə qarşı məhdudiyyətlərin daxil ediləcəyi gözlənilir. Agentlik qeyd edir ki, "Rosatom" Dövlət Korporasiyası çox güman ki, yeni sanksiyalar siyahısına daxil edilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR