Bank Of Baku

KİV: “Sorosçu”lar Paşinyandan “rus casusu” hesab etdikləri nazirin istefasını tələb edir

KİV: “Sorosçu”lar Paşinyandan “rus casusu” hesab etdikləri nazirin istefasını tələb edir
# 19 dekabr 2023 10:59 (UTC +04:00)

Ermənistan hakimiyyətinin bir sıra üzvləri iqtisadiyyat naziri Vaan Kerobyana qarşı kampaniya aparır, Baş nazir Nikol Paşinyandan onun istefasını tələb edir.

APA xəbər verir ki, bu barədə “Hraparak” nəşri hakimiyyətə yaxın mənbələrə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, onlar Kerobyanı “rus casusu” hesab edir. Onların fikrincə, Kerobyan Qərbin sanksiyalarına görə Rusiyaya ixracına icazə verilməyən malların Ermənistandan və ya Ermənistan vasitəsilə bu ölkəyə çatdırılmasına icazə verir.

“Hakimiyyətdəki “sorosçu”lar çoxdan Paşinyanın Kerobyandan qurtulmasını birbaşa tələb edir, lakin indi Kerobyan Baş nazirin himayəsi altındadır”, - qəzet qeyd edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR