İrəvan meriyasına bu ilin sentyabrında keçiriləcək seçkilərə Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası da hazırlaşır və partiya öz namizədini irəli sürəcək.
APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazır.
Nəşr qeyd edib ki, hazırda mer seçkilərinə 5 namizədin adı məlum olub.
“Çiçəklənən Ermənistan” partiyası İrəvan merinin seçkilərinə çox güman ki, Ermənistan Milli Olimpiya Komitəsinin katibi Qraç Rostomyanın namizədliyini irəli sürəcək.
Qəzetin məlumatına görə, partiyanın mətbuat katibi İveta Tonoyan isə öz növbəsində bildirib ki, Ermənistan paytaxtının meri seçkilərində iştirak formatı ilə bağlı hələlik müzakirələr aparılmayıb.