Bank Of Baku

KİV: Yeni nazir Ermənistan məktəblərində hərbi vətənpərvərliklə bağlı proqramları ləğv edib

KİV: Yeni nazir Ermənistan məktəblərində hərbi vətənpərvərliklə bağlı proqramları ləğv edib
# 16 dekabr 2022 11:24 (UTC +04:00)

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı dərs proqramlarını ləğv edib.

APA “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə İrəvan merinin müavini və vilayət administrasiyalarının katiblərinə göndərilən sənəddə deyilir.

Sənəddə “Sağ qalmaq sənəti”, “Kommandos” hərbi idman klubu, “Zark” proqramı və digər təşkilatlarla əməkdaşlığa son qoyulması barədə göstəriş var.

Qeyd edək ki, Janna Andreasyan təhsil, elm, mədəniyyət və idman naziri postuna yeni təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR