Bank Of Baku

KİV: Zatulinin Ermənistana girişinə qadağa qoyulub - VİDEO

Konstantin Zatulin

© APA | Konstantin Zatulin

# 25 oktyabr 2022 13:42 (UTC +04:00)

Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə etməkdə ittiham olunur. Bildirilir ki, o, ictimai çıxışlarında dəfələrlə Ermənistan hökumətini 44 günlük müharibədə məğlub olmaqda günahlandırıb. Bundan başqa, Zatulin Nikol Paşinyanın hakimiyyətdən getməli olduğunu dəfələrlə dilə gətirib. Zatulin hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR