Kiyevin Borispol beynəlxalq hava limanı adi qaydada fəaliyyətini davam etdirir.
APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb.
Agentliyin aeroporta baş çəkən müxbiri bildirib ki, reyslərin yerinə yetirilməsində heç bir ləngimə yoxdur. Sərnişinlərdə ciddi narahatlıq müşahidə edilmir.
Ukraynanın Dövlət Aviasiya Xidmətinin məlumatına görə, ölkənin hava məkanı bütün təyyarələr üçün açıqdır. Yaxın günlərdə hava sahəsinin bağlanması müzakirə edilmir.