Bank Of Baku

Kiyev Rusiyanın təqdim etdiyi sənədi öyrənmək üçün fasilə götürüb

Kiyev Rusiyanın təqdim etdiyi sənədi öyrənmək üçün fasilə götürüb
# 04 iyun 2025 16:13 (UTC +04:00)

Kiyev Rusiyanın təqdim etdiyi sənədi öyrənmək üçün fasilə götürüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, Rusiya da, öz növbəsində, Ukrayna tərəfinin memorandumunu öyrənəcək.

"Danışıqların iyunun 2-də İstanbulda keçirilən ikinci raundu zamanı Rusiya nümayəndə heyəti nizamlama üzrə Rusiya Federasiyasının mövqeyini əks etdirən, iki hissədən ibarət sənədi təqdim edib. Ukrayna tərəfi memorandumun müddəalarını nəzərdən keçirir. Biz də Ukraynanın mövqeyinin əks olunduğu memorandum layihəsini almışıq. Ukraynanın memorandum layihəsi də ətraflı öyrəniləcək", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR