Kiyevin Troeşina rayonunda 60 diversant ələ keçib.
APA-nın xəbərinə görə, bu barədə UNİAN agentliyi Xüsusi Dövlət Rabitə Xidmətinə istinadla məlumat yayıb.
***
05.58
Rusiya ordusu Kiyevdə Beresteyskaya metro stansiyası ətrafındakı hərbi hissəyə hücuma keçib.
APA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.
Hərbi jurnalistlər B0331 saylı hərbi hissə ətrafında döyüş getdiyini bildirirlər.
***
05.35
Kiyevdə sağ sahil ərazisində partlayışlar eşidilir.
APA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.
Bildirilir ki, Şulyavka rayonu və zoopark yaxınlığında pulemyot səsləri gəlir. Ukrayna silaqhlı qüvvələri müqavimət göstərir.
***
05.07
Ukraynanın paytaxtı Kiyevin bəzi rayonlarında partlayış səsləri eşidilir.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, Desnya rayonundan güclü partlayışlar eşidilib.
Rusiya ordusu Troeşina rayonunda Elektrik stansiyasına hücum etsə də, Ukrayna ordusu ciddi müqavimət göstərib.