Kiyev şəhərinin meri Vitali Kliçko paytaxtın mühasirəyə alındığını bəyan etməyib.
APA-nın xəbərinə görə, bu barədə merin sözçüsü Oksana Zinovyeva məlumat verib.
O qeyd edib ki, bir müddət əvvəl mətbuat Kliçkonun Associated Press agentliyinə müsahibəsində şəhərin guya mühasirədə olduğunu dediyini xəbər verib. Bu, yalan və manipulyasiyadır.
***
23.31
Ukraynanın paytaxtı mühasirədədir, əhalinin təxliyəsi mümkün deyil.
APA-nın xəbərinə görə, bunu “Associated Press”in sorğusuna cavab olaraq Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.