Bank Of Baku

Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırıq

İrakli Kobaxidze

© APA | İrakli Kobaxidze

# 27 iyun 2025 15:30 (UTC +04:00)

ABŞ ilə strateji tərəfdaşlığı hər iki ölkə üçün faydaları əks etdirəcək konkret yol xəritəsi üzrə etməyə hazırıq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatını təqdim edərkən deyib.

“ABŞ ilə münasibətlər bizim üçün mühüm prioritetdir. Bildiyiniz kimi, biz bu mövzuda ictimai bəyanatla çıxış etdik, ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırıq. Müvafiq addımları gözləyirik. Səfirliklər istiqamətində çox mühüm addımlar atılıb, o cümlədən Gürcüstanın ABŞ-a səfiri təyin edilib. İnanırıq ki, son dəyişikliklər münasibətlərin yenidən qurulmasına töhfə verəcək və Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlıq bərpa olunacaq”, - deyə Kobaxidze bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR