Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə eks-prezident Robert Koçaryanın lideri olduğu “Hayastan” və Serj Sarkisyanın dəstəklədiyi "Şərəf duyuram" parlament bloklarının birgə yaydığı bəyanatda bildirilib.
Bəyanatda hər iki blokun deputatlarının səsvermə prosesinə də qatılmayacaqları bildirilib.
Xatırladaq ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası Prezident postuna yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.