Bank Of Baku

Koçaryanın bütün ailə üzvləri Prokurorluğa çağırılıb

Koçaryanın bütün ailə üzvləri Prokurorluğa çağırılıb
# 18 iyul 2023 12:58 (UTC +04:00)

Eks-prezidenti Robert Koçaryanın ailəsinin bütün üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb.

APA xəbər verir ki, bu barədə “Azdarar” rəsmi bildirişlər portalında məlumat verilib.

Qeyd edək ki, Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin qeyri-qanuni mənşəyə malik olduğuna görə əmlakı, avtomobilləri, pul əmanətləri müsadirə oluna bilər. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub. Söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, həmçinin, erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR