Bank Of Baku

Köçəryanın səhhətində problem yaranıb

Robert Köçəryan

© APA | Robert Köçəryan

# 20 dekabr 2022 13:47 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Robert Köçəryan növbəti dəfə məhkəmə iclasında iştirak etməyib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məhkəmə zalında iştirak edən vəkil Ayk Alumyan hakimə tibbi arayış təqdim edib və daha ətraflı məlumat vermək üçün iclasın qapalı keçirilməsini xahiş edib. Hakim Anna Danibekyan onun xahişini təmin edib.

Qeyd edək ki, Ermənistanın ikinci prezidentinə qarşı böyük miqdarda rüşvət alma ittihamı irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR