Ermənistanın sabiq prezidenti Robert Köçəryanın tələbinə əsasən, ölkənin Baş naziri Nikol Paşinyana qarşı başlanılan məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bunu Köçəryanın vəkillərindən biri “Sputnik Armenia”ya bildirib.
Əlavə olunub ki, vəkillər Paşinyanın 5 min dollar cərimə olunmasını və 2021-ci ilin 1 martında İrəvanın “Respublika meydanı”nda səsləndirdiyi iddiaları təkzib etməsi tələbini irəli sürüb.
Bildirilib ki, bu gün məhkəmə tərəfindən sübutlar araşdırılıb və məhkəmə zalında Paşinyanın nümayəndəsi də iştirak edib.
Həmçinin əlavə olunub ki, məhkəmə qərarı gələn ilin 10 yanvarında elan ediləcək.
Xatırladaq ki, Nikol Paşinyan “1 mart” məsələsinə toxunaraq deyib ki, 2008-ci ildə ordunu öz xalqına qarşı çıxaranlar indi də eyni əməlləri törətməyə çalışır.