Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin şef-redaktorunun müavini Anna Tsarevanın meyiti Moskvada mənzilində tapılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Uzun müddət onunla əlaqə saxlamaq mümkün olmayıb. Valideynləri narahat olub və qızlarının yaşadığı evə gediblər. Mənzili açanda qızlarının meyitini aşkar ediblər. 35 yaşlı jurnalistin bir neçə gün öncə özünü yaxşı hiss etmədiyi və hərarətinin yüksəlməsindən şikayətləndiyi bildirilib.
Polis araşdırmaya başlayıb.