Bank Of Baku

Kreml ABŞ ilə dizel sövdələşməsinin pozulması ilə bağlı şərh verməkdən imtina edib

Kreml ABŞ ilə dizel sövdələşməsinin pozulması ilə bağlı şərh verməkdən imtina edib
# 05 noyabr 2026 14:11 (UTC +04:00)

Kreml ABŞ ilə dizel sövdələşməsinin pozulması ilə bağlı şərh verməkdən imtina edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov kommersiya detallarının ictimaiyyətə açıqlana bilməyəcəyini bildirib.

O, Amerikadakı seçkilərin nəticələri ilə ABŞ-a gedən dizel yanacağı daşıyan tankerlərin kursunun guya dəyişməsi arasında hər hansı bir əlaqə görməməyə çağırılıb.

Kremlin sözçüsü vurğulayıb ki, ABŞ ilə sövdələşmə çərçivəsində göndərilən dizel yanacağının mütləq alıcısı tapılacaq.

Qeyd edək ki, "The Financial Times" nəşri Nyu-Cersi hakimiyyətinin yanacağı qəbul edə biləcək limanları təhdid etdikdən sonra ABŞ-a gedən Rusiya dizel yanacağı daşıyan üç tankerdən ikisinin kursunu dəyişdiyini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR