Bank Of Baku

Kreml ABŞ-nin Polşada raketdən müdafiə sistemi yerləşdirməsinə münasibət bildirib

Kreml ABŞ-nin Polşada raketdən müdafiə sistemi yerləşdirməsinə münasibət bildirib
# 13 noyabr 2024 13:24 (UTC +04:00)

ABŞ Polşada raketdən müdafiə sistemi yerləşdirməklə Rusiyanın hərbi potensialını cilovlamaq istəyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqton Polşa ərazisində raketdən müdafiə sistemi yerləşdirməklə öz hərbi infrastrukturunu Rusiya sərhədlərinə doğru irəli çəkir.

“Amerikanın hərbi infrastrukturunun Avropa ərazisindəki sərhədlərimizə doğru irəliləməsi bizim hərbi potensialımızı cilovlamaq cəhdindən başqa bir şey deyil”, - Kreml sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR