ABŞ və NATO Ukrayna münaqişəsində dolayısı ilə iştirak edir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, ABŞ və NATO-nun Kiyevi silah, texnologiya və kəşfiyyat məlumatları ilə təmin etməklə Ukrayna münaqişəsində dolayısı ilə iştirak etdiyini söyləyib.
"Dolayısı ilə həm NATO, həm də ABŞ, sözsüz ki, bu münaqişədə iştirak edirlər. Baxmayaraq ki, bütövlükdə NATO, yəni Brüssel və Vaşinqton müxtəlif hakimiyyət səviyyələrində heç bir şəkildə münaqişənin tərəfi olmağa hazırlaşmadıqlarını vurğulayırlar. Amma onlar Ukraynaya silah, texnologiya, kəşfiyyat məlumatları verməklə artıq de-fakto bu münaqişənin tərəfinə çevriliblər. Onların bu münaqişədə iştirakı göz qabağındadır”, - deyə Peskov vurğulayıb.