Bank Of Baku

Kreml: Aİ-nin Rusiyaya sanksiyalar tətbiq edəcəyi mümkün sahələr sona çatır

Kreml: Aİ-nin Rusiyaya sanksiyalar tətbiq edəcəyi mümkün sahələr sona çatır
# 19 dekabr 2023 13:56 (UTC +04:00)

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının tətbiq oluna biləcəyi mümkün sahələr sona çatır. Bunu Aİ-nin Rusiya Federasiyasına qarşı on ikinci sanksiyalar paketi sübut edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiq oluna biləcəyi sahələrin resursları tükənmək üzrədir.

"Ümumilikdə, on ikinci paket göstərir ki, sanksiyaların tətbiq oluna biləcəyi sahələrin resursları artıq tükənmək üzrədir", - Kreml sözçüsü vurğulayıb.

Putinin mətbuat katibi Avropa İttifaqının Rusiya almazlarına qarşı sanskiya tətbiq etməsinə də münasibət bildirib.

"Rusiya almazlarına gəlincə, bu, proqnozlaşdırılırdı, biz buna hazırlaşırdıq. Düşünmürəm ki, bu sanksiyalardan yan keçmək üçün hansısa variant yoxdur. Bu variantlar mövcuddur və onlar həyata keçiriləcək", - deyə Kreml rəsmisi əlavə edib.

Qeyd edək ki, dekabrın 18-də Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR