Bank Of Baku

Kreml Aİ ölkələrinin Rusiya avtomobillərinin girişini məhdudlaşdırmaq qərarını absurd sayır

Kreml Aİ ölkələrinin Rusiya avtomobillərinin girişini məhdudlaşdırmaq qərarını absurd sayır
# 02 oktyabr 2023 14:22 (UTC +04:00)

Avropa İttifaqı ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini məhdudlaşdırmaq qərarları absurddur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu qərarlar onsuz da acınacaqlı olan münasibətlərə mənfi təsir göstərir.

"Rusiya Federasiyası Aİ ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini məhdudlaşdırmaq qərarlarına onun üçün faydalı olan şəkildə cavab verəcək. Bu hər zaman əks cavab tədbirlər deyil", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün Aİ ölkələrinin məlum qərarına Bolqarıstan qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR