Avropada PUA-larla bağlı vəziyyətə görə Rusiyanı günahlandırmaq üçün heç bir əsas yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml Avropa İttifaqı siyasətçilərinin Rusiyanın PUA uçuşlarında iştirakı ilə bağlı iddialarını əsassız hesab edir.
Kremlin sözçüsü avropalı siyasətçilərə hər PUA buraxılışını Rusiya ilə əlaqələndirmək əvəzinə “üfüqlərini genişləndirməyi” tövsiyə edib.