Kreml: Avropalı siyasətçilər özünümüdafiə instinktinə sahib deyil

Kreml: Avropalı siyasətçilər özünümüdafiə instinktinə sahib deyil
# 29 fevral 2024 12:55 (UTC +04:00)

Avropalı siyasətçilər özünümüdafiə instinktinə sahib deyil.

APA xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun açıqlamalarına münasibət bildirən zaman bunu deyib.

Peskov qeyd edib ki, bu, Rusiyanı ayıq-sayıq olmağa məcbur edir.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron 26 fevralda bəyan edib ki, 20-yə yaxın Qərb ölkəsinin nümayəndələri ilə Parisdə görüşü çərçivəsində NATO-ya üzv ölkələrin quru qoşunları hərbçilərinin Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib. Makronun sözlərinə görə, görüş iştirakçıları məsələ ilə bağlı konsensus əldə etməyib, lakin gələcəkdə belə bir razılaşmanın əldə edilməsi istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR