Bank Of Baku

Kreml Baş nazir seçkilərindən sonra Londonla münasibətlərdə müsbət dəyişikliklər gözləmir

Kreml Baş nazir seçkilərindən sonra Londonla münasibətlərdə müsbət dəyişikliklər gözləmir
# 05 sentyabr 2022 13:38 (UTC +04:00)

Moskva Böyük Britaniyada Baş nazir seçkilərindən sonra Londonla münasibətlərdə müsbət dəyişikliklər gözləmir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Böyük Britaniyanın Baş naziri postuna iddiaçılar anti-Rusiya ritorikasında və Rusiyaya hədə-qorxu gəlməkdə rəqabət aparıblar, ona görə də müsbət nəticəyə ümid etmək çətindir.

"Xeyr, yaxın gələcəkdə biz hər hansı dəyişiklik gözləmirik. Demək istəməzdim ki, bu dəyişikliklər daha da pisə doğru baş verə bilər, çünki ən pisini təsəvvür etmək çətindir. Amma eyni zamanda, təəssüf ki, Böyük Britaniyanın Baş naziri postuna iddialıların bir-biri ilə anti-Rusiya ritorikasında, ölkəmizə qarşı növbəti addımlar atmaq təhdidində və s. rəqabətə girdiyini nəzərə alsaq, bunu da istisna etmək olmaz. Ona görə də düşünmürəm ki, müsbət bir şeyə ümid etmək olar”, - deyə Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR