BMT-nin Baş katibi Antonio Quterreşin Taxıl sazişi ilə bağlı Kremlə göndərdiyi məktub nəzərdən keçirilir.
APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, Taxıl sazişi ilə bağlı Quterreşin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub diplomatik kanallar vasitəsilə çatdırılıb və ona baxılır.