Bank Of Baku

Kreml: BRICS-in genişlənməsi üçün hədlər var

Kremlin mətbuat katibi Dmitri Peskov

© APA | Kremlin mətbuat katibi Dmitri Peskov

# 04 sentyabr 2024 12:03 (UTC +04:00)


BRICS-in genişlənməsi üçün hədlər var. Birlik üzvləri tərəfdaşlarının statusunu müəyyənləşdirməlidirlər. Kazan sammitində bu, müzakirə olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.


“Əlbəttə ki, genişlənmə trayektoriyasının hədləri var. BRICS-ə tərəfdaş dövlət statusunun hazırlanması təklifi mövcuddur. Buna uyğun olaraq, hər kəs birlikdə müəyyən etməlidir ki, bu partnyorların neçəsi, kimlər partnyor ola bilər və s. Bütün bunlar Kazanda müzakirə olunacaq”, - deyə Peskov vurğulayıb.


Kreml rəsmisi Rusiyanın Malayziyanın BRICS-ə qoşulmaqda maraqlı olduğunu bildiyini və bu marağı dəstəklədiyini də söyləyib:

“Biz malayziyalı dostlarımızın bu təşkilata qoşulmaqda maraqlı olduğunu bilirik. Biz də bir çox digər ölkələr kimi bu marağı dəstəkləyirik və BRICS üzvü olan həmkarlarımızla birlikdə bu məsələni müzakirə edəcəyik”.


Qeyd edək ki, Azərbaycan və Türkiyə BRICS-ə üzvlüklə bağlı təşkilata müraciət ediblər. Malaziya da BRICS-ə qoşulmaq istədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR