Kremldə Rusiya Dövlət Dumasının çeçen deputatı Adam Dəlimxanovla bağlı xəbərləri böyük narahatlıqla qarşılayıblar.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynada müharibə zonasında yaralandığı bildirilən Delimxanovla bağlı xəbərlərə münasibət bildirərkən deyib.
O, Kremlin yaxın vaxtlarda dəqiq məlumatların peyda olacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Ukrayna mətbuatı bu gün Adam Delimxanovun Zaporojyedə öldürüldüyü barədə məlumat yayıb. Rusiya tərəfi isə çeçen deputatın sağ olduğunu, lakin yaralandığını açıqlayıb.