Rusiya Federasiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlı fəaliyyətini və vasitəçiliyini yüksək qiymətləndirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ideyasına münasibət bildirərkən deyib.