Kreml: Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyi araşdırılacaq

Kreml: Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyi araşdırılacaq
# 26 fevral 2024 14:20 (UTC +04:00)

Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyinə hələlik aydınlıq gətirilməyib.

APA xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Rusiyanın erməni tərəfdaşlar ilə əlaqə saxladığını vurğulayıb, onların vəziyyəti aydınlaşdıracaqlarını əlavə edib.

Peskovun sözlərinə görə, müvafiq sənədlərə əsasən, KTMT-nin planında belə bir məsələ yoxdur.

“Biz əlaqə saxlayıb öyrənəcəyik”, - Peskov qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada verdiyi müsahibədə ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu bildirib.

Kamilla Kazımova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR