Bank Of Baku

Kreml: Ermənistanın üzvlüyü KTMT-də aparılan müzakirələrdən sonra müəyyən ediləcək

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

© APA | Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

# 06 noyabr 2026 13:52 (UTC +04:00)

İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov gələn həftə Kollektiv Təhlükəsizlik Şurasının Moskvada keçiriləcək iclasında Ermənistanın təşkilatdan çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

"İrəvanın KTMT-də iştirakla bağlı rəsmi bəyanatını eşitmisiniz. Həqiqətən də müəyyən addımlar qanunvericilik sənədlərində göstərilib. Hər şey təşkilat daxilində aparılan müzakirələrdən asılı olacaq", - Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR