Paşha Bank
Bank Of Baku

Kreml Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirib

Kreml Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirib
# 05 oktyabr 2026 14:01 (UTC +04:00)

Rusiyanın sərhədləri boyunca vəziyyəti izləmək üçün bütün kəşfiyyat imkanları var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirərkən deyib.

“Şübhəsiz ki, Müdafiə Nazirliyi ilə digər müvafiq xidmətlərimiz sərhədimiz ətrafındakı vəziyyəti izləmək və düzgün qiymətləndirmək üçün lazımi kəşfiyyat imkanlarına malikdir”, - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, “Financial Times” Estoniyanın Rusiya ilə sərhədə qoşun yığması barədə məlumat yayıb. Məlumata görə, Estoniya “aktiv müdafiə” adlandırılan proqram çərçivəsində qoşunlarını Rusiya sərhədinə doğru fəal şəkildə yerləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR