Bank Of Baku

Kreml: Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət ağır olaraq qalır

Kreml: Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət ağır olaraq qalır
# 07 noyabr 2023 13:39 (UTC +04:00)

Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət ağır, humanitar baxımdan isə fəlakətli olaraq qalır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

Onun sözlərinə görə, Rusiya diplomatları Fələstin-İsrail münaqişəsi zonasından Rusiya vətəndaşlarının geri qaytarılması üzərində işi davam etdirir: "Fələstin-İsrail münaqişəsi zonasından rusiyalıların geri qaytarılması işi çətindir. Çünki Qəzzanı tərk etmək istəyənlər çoxdur".

Peskov vurğulayıb ki, Rusiya Federasiyası İsrail və Yaxın Şərqin digər ölkələri ilə hər gün işgüzar səviyyədə təmas saxlayır, yüksək səviyyəli təmaslar hələlik planda yoxdur: "Qəzzaya humanitar yardım məhdud həcmdə çatdırıla bilər, Rusiya Federasiyası bu cür yardımı davam etdirmək üçün təmasları davam etdirəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR