Bank Of Baku

Kreml: Finlandiyanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinə qəsddir

Kreml: Finlandiyanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinə qəsddir
# 04 aprel 2023 14:03 (UTC +04:00)

Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Finlandiyada NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinin gedişatını yaxından müşahidə edəcək: “Finlandiyanın NATO-ya daxil olması vəziyyətin növbəti gərginləşməsidir, bu, Rusiya Federasiyasının təhlükəsizliyinə qəsddir. Rusiya hərbçiləri NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya haqqında dərhal məlumat verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR